Modern.az

AŞPA Azərbaycana yeni həmməruzəçi təyin edib

AŞPA Azərbaycana yeni həmməruzəçi təyin edib

25 İyun 2010, 09:46

İyunun 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” mövzusunda məruzə dinlənilməzdən əvvəl Monitorinq Komitəsində bu məsələ sonuncu dəfə müzakirə olunub.
AzərTAc-ın məlumatına görə, yığıncaqda Avropa Şurasının Nizamnəməsinə uyğun olaraq Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub. Bu vəzifəyə estoniyalı deputat Andres Herkelin əvəzinə İspaniyadan olan Pedro Aqramunt təyin edilib. Onun namizədliyi komitə üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok