Modern.az

Azərbaycanda taxıl sahələrinin 85 faizi biçilib

Azərbaycanda taxıl sahələrinin 85 faizi biçilib

Ölkə

13 İyul 2010, 15:48

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az saytına verilən məlumata görə, bu günə qədər Azərbaycanda taxıl sahələrinin təxminən 85 faizində biçin başa çatıb. 802 min hektardan 1 milyon 594 min ton məhsul götürülüb. Hər hektarın orta məhsuldarlığı 20 sentnerdir. Bu, 2009-cu ildə qeydəalınmış orta məhsuldarlıqdan 5,8 sentner azdır. Biçilən taxılın 1 milyon 086 min tonu buğdadır. Kənd Təsərrüfatı Nazirliyin şöbə müdiri Sabir Vəliyev bildirib ki, dağ və dağəətəyi bölgələrdə biçin hələ davam edir. Biçilməyən sahələrdən isə 300 min tona yaxin  məhsul yiğımı gözlənilir. Ümumilikdə bu il ölkədə 1 milyon 900 min tona yaxin taxıl istehsalı proqnozlaşdırılır ki, bu da ötən ilkindən 1,1 milyon ton azdır. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!