Almaniya höküməti bu ölkədə həqiqi hərbi xidmət müddətini 9 aydan 6 aya endirmək haqqında qərar qəbul edib.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya prezidenti Kristian Vulf əsgərlik müddətinin 9 aydan 6 aya qədər azaldılmasını nəzərdə tutan qanunu imzalayaraq təsdiqləyib.
Qanun 1 yanvar 2011-ci tarixindən qüvvəyə minəcək. Almaniya artıq hərbi xərclərin azaldılmasının vacib olduğunu anlayıb.