Modern.az

ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Ukraynada vəzifəyə gətirilir

ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Ukraynada vəzifəyə gətirilir

Dünya

1 Dekabr 2014, 23:01


Ukrayna baş nazirinin birinci müavini vəzifəsini “Özünə yardım”ın lideri Andrey Sadovoma həm şəxsən prezident Pyotr Poroşenko, həm də Nazirlər Kabinetinin rəhbəri Arseni Yatsenyuk təklif edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, ancaq Sadovomanın sözlərinə görə, o, Lvovun meri postunu tərk etmək niyyətində deyil. Mer bu vəzifəyə biznesmen Natalya Yareskonu namizədliyinə baxmağı təklif edib. Onun sözlərinə görə, bu qadın Ukraynanın əsl vətənpərvəridir. Natalya Yaresko “Horison Capital” beynəlxalq investisiya şirkətinin həmtəsisçisidir. Şirkətin sahibləri amerikalılardır. O, son 20 ildə Ukraynada yaşasa da, ABŞ vətəndaşlığı da var.

Natalya Yaresko “Horison Capital”a gələnə qədər Vaşinqtonda yaşayıb və Amerika siyasətində, o cümlədən Dövlət Departamentində karyera qura bilib. Sonradan Kiyevə gələrək ABŞ-ın Ukraynadakı səfirliyinin iqtisadi bölməsinə rəhbərlik edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir