Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynanın suverenliyini və ərazi bütövlüyün dəstəklədiyini bəyan edib. Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşən hökumət başçısı deyib: “Türkiyə Krımın işğalını qəbul etmir. Ukraynanın ərazi bütövlüyü və suverenliyi təkcə bizim üçün deyil, bütün dünya üçün vacibdir”.
Poroşenko isə regional təhlükəsizlik məsələsində birgə səy göstərilməsinin vacibliyini qeyd edərək Krım-tatar xalqının hüquqlarının qorunması ilə bağlı indiki vəziyyətdən narahat olduğunu vurğulayıb.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Krım tatarları ilə bağlı verdiyi vədə əməl etmədiyini bildirib.
Modern.az