Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılanların sayı 5 nəfərdir.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar çeçen əsillilər Zaur Dadayev (Çeçenistan Respublikası DİN-in “Sever” batalyounun alay komandirinin müavini), Anzor Qubaşev (Moskvada özəl təhlükəsizlik şirkətlərindən birinin işçisi), onun kiçik qardaşı Şahid Qubaşev, Hamzat Baxaev, Tamerlan Əsgərxanovdur.
İlkin məlumatlara görə, Zaur Dadayev etirafedici ifadələr verib. O, Nemtsovun qətlində iştirak etdiyini boynuna alıb. Zaur Dadayevin aprelin 28-ə qədər həbsdə qalması barədə qərar çıxarılıb.