ABŞ prezidenti Barak Obama Türkiyədə referendum nəticələndirərinin açıqlanmasının ardından baş nazir Ərdoğana telefon açıb və onu təbrik edərək "Türk demokratiyasının dinamizmini" təqdir etdiyini söyləyib. Modern.az türk mətbuatına istinadla xəbər verir ki, Obama Ərdoğanla danışığında Türkiyə-ABŞ arasında dünən oynanan basketbol matçına da toxunub.
Xatırladaq ki, sentyabrın 12-də Türkiyə Konstitusiyanın bəzi maddələrinə əlavə və dəyişiklərlə bağlı referendum keçirilib. Bütün ölkə üzrə 49 milyon 446 min 369 seçici 151 min 546 məntəqədə Konstitusiyaya münasibətini bildirib. Səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı hazırladığı qanunlar paketi qəbul olunub.
Modern.az