Nepalda baş verən güclü zəlzələ nəticəsində Hindistanda həlak olanların sayı 75 nəfərə çatıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda aprelin 28-də Hindistanın daxili işlər naziri L.Qoyal məlumat verib: “Zəlzələ nəticəsində 75 nəfər ölüb, 450 nəfər xəsarət alıb”.
Onun sözlərinə görə, daha çox itki Nepalla sərhəddəki Bihar ştatında qeydə alınıb. Burada 65 insan zəlzələnin qurbanı olub.
Nepalda 7,9 bal gücündə zəlzələ aprelin 25-də baş verib. Burada təbii fəlakət nəticəsində ölənlərin sayı 5 mini keçib.
Modern.az