Qafqaz Jurnalistika Məktəbi jurnalistikaya qəbulu üçün imtahan vaxtını açıqlayıb. “Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi”nə qəbul imtahanın tarixi barədə Modern.az saytına məktəbin Azərbaycandakı nümayəndəsi İlqar Xudiyev məlumat verib.
O, bildirib ki, bu həftənin bazar günü, yəni, sentyabrın 26-da Xəzər Universitetinin binasında iddiaçılar ingilis dilindən imtahan olunacaq.
Onun nəticələri elan olunandan sonra ikinci imtanın vaxtı açıqlanacaq.
Bu il məktəbə Azərbaycandan 24 nəfər sənəd verib. Onların arasında hazırda KİV-də işləyən gənc jurnalistlər də var.
Xatırladaq ki, Qafqaz Media Məktəbində azərbaycanlılarla yanaşı, gürcülər və ermənilər də təhsil alırlar.
Vüqar Ağamalıoğlu