Faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçirilən hərbi paradda BMT-nin baş katibi Pan Gi Mun da iştirak edib.
Modern.az saytının Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə BMT baş katibi Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Görüş zamanı Vladimir Putin Rusiyanın dəvətini qəbul edib Moskvaya gəldiyi üçün Pan Gi Muna təşəkkür edib.
BMT baş katibinin görüş zamanı çıxışı isə maraq doğurur. Pan Gi Mun bildirib ki, paraddan sonra 100 minlərlə insanın küçələrdə qalmasını görüncə onların Rusiya hökumətinə qarşı mitinq keçirdiyini düşünüb:
“Əvvəlcə elə düşünürdüm ki, onlar sizin hakimiyyətə qarşı nümayiş keçirirlər. Amma anladım ki, onlar sizin hökuməti alqışlayırlar. Buna görə mən həqiqətən də düşünürəm ki, siz xalqınızın sevgisinə layiqsiniz”,-deyə o qeyd edib.
Aqşin Kərimov