İrlandiya respublikasında şahzadə Çarlza və onun həyat yoldaşı Kamillaya qarşı terror hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şübhəli bilinən gənclərdən əldəqayırma partlayıcı qurğu və odlu silah götürülüb. Bundan əlavə, Laute, Ueksford və Dublində də əldəqayırma partlayıcı qurğu və silah aşkarlanıb. Yaşları 21-dən 62-yə qədər olan saxlanılan şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Onların “müvəqqəti” İrlandiya Respublika Ordusu ilə bağlılığı da istisna olunmur. Şahzadə Çarlz mayın 19-da 1979-cu ildə İrlandiya Respublika Ordusunun yaraqlılarının qətlə yetirdiyi babasının dayısı oğlu lord Mauntbettenin xatirəsini yad etmək üçün İrlandiyanın Mallahmor kəndinə getməyi planlaşdırır.Modern.az