Modern.az

Nemtsovun qətl işində gizli şahid var

Nemtsovun qətl işində gizli şahid var

Dünya

5 İyun 2015, 11:32


Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsində şübhəli bilinənlər naməlum “gizli şahidin” ifadəsi əsasında saxlanılıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həmin adam guya Nemtsova sui-qəsdin hazırlıq mərhələsində qətldə şübhəli bilinənlərlə ünsiyyətdə olub.

Onun sözlərinə görə, məhz həmin “gizli şahid”in informasiyası hesabına mart ayında siyasətçini öldürməkdə şübhəli bilinənlərin saxlanılması mümkün olub.

“Bu şahid mart ayının əvvəllərində xüsusi xidmət orqanlarının əlinə keçib və Nemtsovu kimlərin öldürə biləcəyini deyib. O, Qeremeev, Dadaev, Qubaşev, Şabanovun bu qətllə bağlı olduqlarını bildirib”, - mənbə deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir