Modern.az

Ənvər Əliyev: “İsa Qəmbərlə şərt kəsmişəm...”

Ənvər Əliyev:  “İsa Qəmbərlə şərt kəsmişəm...”

Ölkə

1 Oktyabr 2010, 13:26

Müsavat Partiyasının qərarı mənim üçün gözlənilməz oldu. Bundan başqa, Müsavatın MSK-ya nümayəndə təyin etməsi də mənim üçün qəfil xəbər oldu”.  
Bu sözləri Modern.az saytına Müsavat Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına  nümayəndə kimi namizədliyi irəli sürulmüş Ənvər Əliyev  bildirib. Ə.Əliyev deyib ki, Müsavat Partiyasının bu təklifinə razılğını verib.

“Təbii, əgər sənə etibar edirlərsə, onu dəyərləndirmək lazımdır. Əgər məsləhət bilinbsə, gedəcəyəm”-deyən Ə.Əliyev qeyd edib ki, seçkilərin az-çox normal keçməsi üçün əlindən gələni əsirgəməyəcək.

“ Əgər doğurdan da hakimiyyət orqanları seçkilərin demokratikliyi ilə bağlı vədlərində səmimidirlərsə, mütləq bu işdə təcrübəmizi əsirgəməməliyik”-deyə o, vurğulayıb.

Seçki kompaniyasının gedişatı ilə bağlı mövqeyni açıqlayan Ə.Əliyev hələlik bu barədə danışmağın tez olduğunu deyib. “Hələlik seçki prosesi davam edir və burada ciddi çatışmamazlıqların olub-olmaması barədə məlumatım yoxdur”.

MSK-nın hazırkı tərkibini tanıdığını deyən Ə.Əliyev bu qurumda müxalifətin səmərəli fəaliyyəti üçün imkanların məhdud olduğunu bildirib.
“Təkliflərin həyata keçirilməsi üçün mexanizm olsun. Təəssüf ki, nə Milli Məclisdə, nə MSK-da, nə də digər seçki qurumlarında belə bir mexanizm var. Parlamentdə azlıqda olan müxalifət  partiyalarının MSK-dakı nümayəndələri tərəfindən qaldırılan təkliflərin keçmə şansı sıfıra bərabərdir. Ona görə də səmərəli işləmək çətindir. Hər halda, bu qurumda müxalifətçlərin təklif, fikir söyləmək üçün müəyyən imkanı var”-deyə Ə.Əliyev qeyd edib.

MSK-dakı fəaliyyəti zamanı ona təzyiqlərin olacağını istisna etməyən Ə.Əliyev qeyd edib ki, Müasavat başqanı ilə görüş zamanı İsa Qəmbərlə şərt kəsib.
“Biz şərt kəsdik ki, Azərbaycan dövlətçiliyi, demokratik düşüncə üçün, demokratik gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər hər hansı bir məsələləri mən qəbul etməyəcəyəm”.

Ə.Əliyevə deputatlığa nmaizədliyini vermək üçün bir sıra partiyalardan təkliflər olsa, da qəbul etməyib. Onun sözlərinə görə, perspektivi olmayan işlə məşqul olmağa nə həvəsi,  nə də imkanı var.  


X.Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?