Modern.az

Bu gün də hava yağışlı olacaq, sabah da...

Bu gün də hava yağışlı olacaq, sabah da...

Ölkə

5 Oktyabr 2010, 10:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin buludlu olacağı, yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 17-20 dərəcə isti təşkil edəcək.

Oktyabrın 6-da hava şəraitinin yağışlı olacağı, gündüz havanın arabir açılacağı, şimal-qərb küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti təşkil edəcək.

Oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 5-də fasilələrlə yağış yağacağı, əsasən axşam və gecə bəzi yerlədə leysan xarakterli intensivləşəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 6-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Oktyabrın 6-7-də yağış yağacağı bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. 07-də gündüz tədricən kəsiləcəyi, səhər ayrı-ayrı yerlərdə olacağı, qərb küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-15, gündüz 18-23, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, buludlu, rütubətli və küləkli havaların üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir