Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın builki parlament seçkisində iştirakına dair bəzi məlumatlar açıqlayıb.
Deputat jurnalistlərə açıqlamasında deyib ki, builki seçkilərdə YAP 115 dairə üzrə vahid namizəd irəli sürüb. Onlardan 2-si öz istəyi ilə namizədliyini geri çəkib. “Yeni Azərbaycan Partiyası o iki nəfərin yerinə yeni namizəd irəli sürməyəcək, buna ehtiyac görmürük. Qalan 113 namizədin hamısı dairə seçki komissiyalarında qeydə alınıb”.
Hakim partiya funksioneri özbaşına seçkiyə qoşulan YAP-çılardan da danışıb. O, deyib ki, seçkiyə öz təşəbbüsü ilə qoşulan YAP-çıların sayı 40-dan çoxdur.
Artıq onlardan 15 nəfəri namizədliyini geri götürüb, qalanlardan da yalnız 16 nəfəri dairə seçki komissiyalarına imza vərəqələrini təhvil verib və bunlardan da yalnız 3-4 nəfəri qeydə alınıb.
Modern.az