Modern.az

Obama İranı yenə hədələdi: “Sanksiyalar geri qayıda bilər”

Obama İranı yenə hədələdi: “Sanksiyalar geri qayıda bilər”

Dünya

14 İyul 2015, 17:06



ABŞ prezidenti Barak Obama bəyan edib ki, “altılar”la İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsində ləğv olunan sanksiyalar Tehran əldə olunan razılaşmanın şərtlərinə tam əməl etməsə yenidən qaytarılacaq.  Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, İranla razılaşma sayəsində regionda nüvə silahının yayılması dayandırılıb.

ABŞ prezidenti xatırladıb ki, İranın nüvə silahı əldə etməsinə doğru gedən istənilən yolu bağlanacaq və Tehran nüvə silahı istehsalı üçün yüksək zənginləşdirilmiş uran və pluton istehsal etməyəcək.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var