Modern.az

PKK-nın siyasi qanadının rəhbəri barədə cinayət işi açıldı

PKK-nın siyasi qanadının rəhbəri barədə cinayət işi açıldı

Dünya

31 İyul 2015, 10:15



Türkiyə Prokurorluğu ötən ilin 6-8 oktyabr tarixlərində baş verən hadisələrlə əlaqədar PKK-nın siyasi qanadı hesab olunan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başladıb.

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP sədrinin həmin kütləvi etiraz aksiyalarında əlaqəsinin olduğu bildirilir. Dəmirtaş Türkiyə Cəza Qanununa görə millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma  yaratmaqda ittiham edilir.

Prokurorluq  HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə,  konstitusiyanın 83 maddəsinə əsasən Dəmirtaş deputat toxunulmazlığı statusundan  məhrum edilə bilər.

Artıq faktla bağlı araşdırma başlayıb. HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər. Buna etiraz əlaməti olaraq HDP-nin 80-nə yaxın deputatı toxunulmazlıq statusundan imtina etmək üçün müraciət edib.

Sevinc Yasinqızı    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir