Modern.az

İraq aviasiyası İŞİD-i bombaladı: 52 ölü, 58 yaralı

İraq aviasiyası İŞİD-i bombaladı: 52 ölü, 58 yaralı

Dünya

7 Avqust 2015, 14:49



İraq aviasiyası İraq-Şam İslam Dövlətinin (İŞİD) Anbar vilayətindəki mövqelərini bombalayıb.   Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ər-Ramadi şəhərindən şərqdə yerləşən Əl-Hüseyba rayonunda gerçəkləşən hava hücumu zamanı “İslam dövləti” qruplaşması 2 nəfər komandir olmaqla 52 döyüşçüsünü itirib. Bundan başqa, 58 terrorçunun yaralandığı, 9 silah anbarının, 22 zirehli nəqliyyat vasitəsinin və 14 qayığın da məhv edildiyi bildirilir.  

Bu ilin mayında Bağdadın 100 kilometrliyində yerləşən Ər-Ramadi şəhərini ələ keçirən “İslam dövləti” buradan İraq paytaxtına hücum üçün baza kimi istifadə edir.    

Vüqar İsmayılov
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı