Türkiyə KİV-i xəbər verir ki, Türkiyə Baş nazirinin köməkçisi Yalçın Akdoğan bildirib ki, Suruç hadisəsindən sonra PKK-nın son dövrlərdə beynəlxalq aləmdə yaratmağa çalışdığı fərqli bir imic layihəsi artıq çöküb.
Onun sözlərinə görə, artıq beynəlxalq aləm Türkiyəni dəstəkləyir.
O, həmçinin bundan sonra HDP-nin İmralıda PKK-nın rəhbəri Abdullah Öcalanla görüşə bilməyəcəyini söyləyib. Akdoğan bunun HDP-nin kürd açılımına xəyanət etməsi və Öcalanın adından yalanlar söyləməsi ilə əlaqədar olduğunu bildirib.
Modern.az