Modern.az

AŞPA-nın payız sessiyasının gündəliyi AÇIQLANDI

AŞPA-nın payız sessiyasının gündəliyi AÇIQLANDI

Aktual

5 Sentyabr 2015, 14:23


Sentyabrın 28-dən oktyabrın 2-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının gündəliyi açıqlanıb. Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir.

Qarşıdakı iclasın əsas mövzusu Avropada miqrasiya böhranının humanitar və siyasi aspektləri, eləcə də yaranmış vəziyyətlə əlaqədar tranzit ölkələr üçün çağırışlar olacaq.

Sessiya zamanı, həmçinin Assambleyanın və daimi komitənin tərəqqi bürosu üzrə hesabat dinləniləcək, məhkəmələrin verdiyi hökmlər müzakirə ediləcək, eləcə də AŞ PA-ya növbəti beş il üçün yeni baş katib seçiləcək.

Bundan başqa, sessiyada Lüksemburq Böyük Hersoqu Anri, Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Avropa Şurası Nazirlər Kabinetinin sədri, sədrlik edən Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiç çıxış edəcəklər.

Modern.az

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok