İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb. Modern.az bildirir ki, sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib.İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.
Modern.az