Suriyada Bəşər Əsəd qüvvələrinin atdığı raket Xüms şəhərinin Vaer bölgəsindəki parka düşüb. Modern.az bildirir ki, raket hücumu nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb. Hücumdan xəsarət alanların əksəriyyəti azyaşlıdır. Suriya mətbuatı müxalifətin nəzarətində olan şəhərlərə bu cür hücumların son vaxtlar intensiv hal aldığını bildirib.
Xüms media mərkəzi isə hücumda yaralananların vəziyyətinin kritik olduğunu açıqlayıb.(Axar.az)Modern.az