Modern.az

Növbədə İŞİD rəhbərləridir Obama

 Növbədə İŞİD rəhbərləridir  Obama

14 Dekabr 2015, 23:31


"ABŞ terrorçu "İŞİD" təşkilatına qarşı mübarizəni davam etdirəcək. Son həftələr ərzində terrorçulara məxsus yüzlərlə neft tankeri və neftayırma müəssisələri məhv edilib". Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bundan sonra da terrorçulara sarsıdıcı avia zərbələr endirəcək.

"Biz ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var" - deyə Obama vurğulayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir