Modern.az

Nazirlər Kabineti gələn ildəki bayramlarla bağlı qərar verdi

Nazirlər Kabineti gələn ildəki bayramlarla bağlı qərar verdi

Ölkə

3 Dekabr 2010, 11:18

Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib. Modern.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərarda bildirilib ki, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı,  6, 7  noyabr  Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bu qərar imzalanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına istinad edlilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Zelenskini Sui-qəst hazırlayan 2 ukraynalı polkovnik saxlandı