Beynəlxalq Miqrasiya Təşkilatı 2016-cı ildə Avropaya 1 milyondan artıq qaçqının gələcəyini proqnozlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə 2015-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya 1 milyon 4 min 356 miqrant və qaçqın gəlib. Halbuki, 2014-cü ildə “qoca qitə”yə 219 min miqrant pənah gətirmişdi.“Yanvar ayı miqrasiya üçün çox ləng ay sayılır. Buna baxmayaraq bu müddətdə 65 min qaçqın Avropaya gəlib. Bu hesabla ilin sonuna kimi qitəyə 1 milyondan artıq qaçqının gəlməsi istisna olunmur”.
Beynəlxalq Miqrasiya Təşkilatı 2016-cı ildə Yaxın Şərq və Şimali Afrika əsilli miqrantların əsas axınının İsveç, Almaniya, Avstriya və Böyük Britaniyaya olacağını deyib.
Vüqar İsmayılov