İsrail hərbi hava qüvvələri bu gün səhər saatlarında Suriyadakı Hizbullah qruplaşmasının mövqelərini bombalayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Dəməşq-Homs şossesində baş verib. Hizbullah qruplaşmasının hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyi bildirilir.İsrail dəfələrlə Hizbullah-a Rusiya silahlarının verilməsinə mane olacaqlarını demişdi.
Vüqar İsmayılov