Modern.az

Putin Kerriyə: “Alver üçün pul gətirmisən?”

 Putin Kerriyə:   “Alver üçün pul gətirmisən?”

24 Mart 2016, 22:16

 

Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiya prezidenti Vladimir Putinlə görüşü zarafatla başlayıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya lideri deyib ki, dövlət katibinin paytaxtda təyyarədən düşəndən sonra çemodanlarını daşımağa heç kəsin kömək etmədiyi səbəindən dilxor olub. Putin hətta zarafatla deyib ki, Con Kerrinin çantasında qiymətli nəsə olub, məsələn, Rusiya ilə alver üçün nəzərdə tutulan pul.

Kerri isə öz növbəsində portfelinin içindəkiləri Rusiya prezidenti ilə təkbətək görüşündə ona göstərəcəyinə vəd verib.

“Bu xoş sürprizdir”, - ABŞ diplomatiyasının rəhbəri deyib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir