İsrail rəsmiləri vətəndaşlarına müraciət edərək Türkiyə ərazisini təcili tərk etmələrini istəyib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Terrorla Mübarizə Bürosu Türkiyə ərazisində İsrail vətəndaşlarına İŞİD qruplaşmasının irimiqyaslı terror hücumları planlaşdırdığını bildirib.“İsrail vətəndaşlarından xahiş olunur ki, yüksək terror riski səbəbilə Türkiyə respublikasının ərazisini tərk etsinlər”.
Martın 19-da kamikadzenin özünü İstanbulun mərkəzində partlatması nəticəsində 3-ü İsrail vətəndaşı olmaqla 4 nəfər həlak olmuşdu.
Vüqar İsmayılov