Modern.az

Azərbaycan dünyada 9-cu ən hərbiləşmiş ölkədir - HESABAT

Azərbaycan dünyada 9-cu ən hərbiləşmiş ölkədir - HESABAT

Ölkə

1 Dekabr 2016, 18:57

Azərbaycan dünyada hərbiləşmənin səviyyəsinə görə 9-cu yerdədir. Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Bonn Beynəlxalq Konversiya Universitetinin hazırladığı “Global Militarisation İndex” hesabatında bəlli olur.

Hesabatda hər 1000 sakinə düşən hərbçi sayı, ÜDM (Ümumi Daxili Məhsul) istehsalının hərbi xərclərə nisbəti, həmçinin ağır artilleriyanın və qoşunun əhalinin sayına nisbəti əsas kriteriyalar kimi götürülüb.

Dünyanın ən hərbləşmiş ölkələri arasında birinciliyi İsrail tutub. Növbəti yerlərdə Sinqapur (2), Ermənistan (3), İordaniya (4), Rusiya (5), Cənubi Koreya (6), Kipr (7), Yunanıstan (8), Azərbaycan (9) və Bruney (10) tutur.

 

Vüqar İSMAYILOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok