“Gürcüstanda türklərə məxsus kənd adlarının dəyişdirilməsi keçmiş prezidentlər Zviad Qamsaxurdia və Eduard Şevardnadzenin hakimiyyətə dövrdə baş verib” . Bunu Modern.az-a Gürcüstanin Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini Hüseyn Yusifov bildirib. Onun sözlərinə görə, həmin dövrlərdə müəyyən ekstremist qüvvələr öz çirkli əməllərini həyata keçirməyə çalışıblar və qismən buna nail də olublar: “İndiki iqtidar olaraq biz bunu pisləyirik. Şəxsən bizim qubernator da bu kəndlərin adlarının dəyişdirilməsini bir səhv, yanlışlıq kimi qiymətləndirib. Ancaq, səhvi səhvlə düzəltmək olmaz. Burada hər şey elə ölçülüb-biçilməlidir ki, atılan addımlardan yeni fəsadlar törənməsin. Hər halda yavaş-yavaş hər şey öz yerini tutacaq”.