Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hava ilə bağlı daha bir xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hava ilə bağlı daha bir xəbərdarlıq

Ölkə

27 İyul 2011, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.
"İyul ayının sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcə, aran rayonlarında və Naxçıvan MR-da 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək"-dey xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, vətəndaşlar, xüsusən də uşaq, yaşlı və xəstə insanlara günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et