Modern.az

Azərbaycanda kim nə qədər maaş alır? - məmur, deputat, polis, həkim, müəllim, fəhlə... (SİYAHI)

Azərbaycanda kim nə qədər maaş alır? - məmur, deputat, polis, həkim, müəllim, fəhlə... (SİYAHI)

8 Dekabr 2011, 10:16


Azərbaycan prezidenti son bir həftədə müəllimlər, həkimlər və incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.
Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun araşdırmasına görə, məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. Ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.

Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.

Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.

Müxalifət mediasında bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində müəllim və həkimlərin sayının çox olduğunu, buna görə onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.

Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.

Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:

 Vəzifənin adı

 Maaşı   (Manatla)

 Qeydlər

Prezident

15000

 

Baş nazir

2406

İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb.

Baş nazirin birinci müavini

2125

Baş nazirin müavini

2031

Nazir, Dövlət Komitə və Fondlarının sədrləri

1875

Nazir, Dövlət Komitə və Fondu sədrinin birinci müavini

1250

Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini

1094

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı

1875

Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları

1094

Şəhər və rayonlar üzrə:

 

Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları

937

Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları

750

Milli Məclisin sədri

2925

Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.

Milli Məclis sədrinin birinci müavini

2632

Milli Məclis sədrinin müavini

2486

Milli Məclisin komitə və komissiya sədri

2340

Milli Məclisin komissiya sədrinin müavini

2194

Milli Məclisin deputatı

2048

Polis

400

Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar.

Ali Məhkəmənin sədri

1785

Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar.

Konstitusiya Məhkəməsinin sədri

1785

Ali Məhkəmənin hakimləri

1428

Konstitusiya Məhkəməsinin hakimləri

1517

Rayon məhkəmələrinin başçıları

1071

Baş Prokuror

1785

Baş Prokurorun birinci müavini                                                           

1425

Baş Prokurorun müavini

1350

Prokuror-kriminalist

960

İdarənin, şöbənin prokuroru

965

Dövlət Statistika Komitəsi 2010-cu ilə dair Azərbaycanda müxtəlif sahələrdə çalışanların orta aylıq əməkhaqları haqqında da rəsmi məlumat verib.

Bu məlumata görə hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Rəsmi statistikada qeyd edilir ki, Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat maaş alırlar. 

Ən aşağı əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqları 100 manat civarındadır. 

Ölkədə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqları barədə Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatını tam şəkildə burada görə bilərsiniz.
Həmin siyahını qısa ixtisarla təqdim edirik:

Xam neft və təbii qaz hasilatı

 

Qazma üzrə mühəndislər (qazma işi)

2344,5

Qazma sahəsinin ustaları (xidmətin, sexin)

1109,3

Neft, qaz, kondensat hasilatı üzrə ustalar

796,5

Yardımçı fəhlələr

709,3

Metal filizlərinin hasilatı

 

Müdirlər

1785,0

Baş mühəndislər

450,0

Mədən fəhlələri

289,9

Ət məhsullarının istehsalı (emal)

 

Müdirlər

400,0

Qəssablar

105,0

Ət doğrayan fəhlələr

113,0

Heyvanların dərisini soyanlar

130,4

Poliqrafiya fəaliyyəti

 

Redaktorlar

163,9

Jurnalistlər

166,7

Çapçı, mətbəə işçiləri

201,3

Elektrik avadanlıqlarının istehsalı

 

Elektronika üzrə konstruktorlar

247,6

Mühəndis-elektronçular

457,5

Yığıcılar

385,1

Tikinti

 

Bənnalar

377,1

Qaynaqçılar

521,5

Suvaqçılar

380,8

Buldozer və ekskavator maşinistləri

292,6

Qaldırıcı kran maşinistləri

374,9

Ticarət; nəqliyyat vasitələrinin təmiri

 

Anbardarlar

285,2

Satıcılar

251,4

Mühasiblər

319,1

Xəzinədarlar

230,1

Dəmir yolu

 

Bilet satanlar

252,5

Bələdçilər

136,0

Dəmir yolu vaqonlarına yük vuranlar

353,3

Elektrovoz maşinistləri

306,4

Su nəqliyyatının fəaliyyəti

 

Gəminin baş mühəndisləri (komandiri)

725,1

Dənizçilər, matroslar

338,8

Gəminin bort mexanikləri

526,1

Gəmi tərsanəsində işləyən fəhlələr

468,7

Hava nəqliyyatının fəaliyyəti

 

Hava gəmisinin komandirləri

3487,3

Uçuş rəhbərləri

3987,6

Hava hərəkəti mərkəzi idarəsinin dispetçerləri

1166,7

Aviasiya mexanikləri, texnikləri

458,4

Rabitə

 

Rəhbərlər (Müdirlər)

745,5

Baş mühəndislər

589,5

Rabitə operatorları

584,6

Poçtalyonlar

153,7

Telefonçular

256,1

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

 

Müdirlər (şöbə müdirləri)

559,0

Müavinlər (şöbə müdirlərinin müavinləri)

460,0

İcra hakimiyyəti məmurları - məsləhətçi

265,1

Stenoqrafçılar

231,8

Məktəbə qədər təhsil

 

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri

297,3

Orta təhsil

 

Müəllimlər

245,1

Ali təhsil

 

Müəllimlər

342,9

Səhiyyə və sosial xidmətlər

 

cərrahlar

271,3

stomatoloqlar

139,8

təxirəsalınmaz və təcili tibbi yardım həkimləri

381,7

mama-ginekoloqlar

170,7

Diş həkimləri

132,9

Orta tibbi heyət

134,5

Xəstələrə xidmət edən kiçik tibb bacıları

107,4



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür