Modern.az

6 ayda Azərbaycanda 8324 ailə dağılıb

6 ayda Azərbaycanda 8324 ailə dağılıb

Ölkə

14 İyul 2019, 12:16

2019-cu ilin birinci yarısında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 29 242 nikah qeydə alınıb.

 

Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilib.

Hesabat dövründə qeydə alınan nikahlardan 1013-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında bağlanıb.

Rəsmi məlumata görə, azərbaycanlılar daha çox Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşları ilə nikaha giriblər. Altı ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Eyni zamanda qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı nikahlardan 93-ü pozulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!