Modern.az

Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR

Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR

Ölkə

3 İyun 2020, 19:04

"Son günlər ölkəmizdə koronavirusa yoluxmanın dərəcəsinin artması müşahidə olunur".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov bildirib.

 

O qeyd edib ki, buna səbəb vərəndaşların karantin qaydalarına əməl etməmələridir:

 

"Əhali ticarət mərkəzlərində, ictumai nəqliyyatda və sair yerlərdə qaydalara əməl etmirlər. Buna görə də karantin rejiminin yumşaldılması deyil, məhdudlaşdırma tədbirləri müzakirə olunur.

Cümə günü axşamdan bazar ertəsi səhərədək tam qapadılma olacaq - ictimai nəqliyyatın, fərdi maşınların hərəkəti dayandırılacaq, mağazalar qapadılacaq. Bununla bağlı Baş Nazir Əli Əsədovun qərarı olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir