Modern.az

Prezident icra başçısını işdən çıxardı

Prezident icra başçısını işdən çıxardı

20 Avqust 2020, 15:30

Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: “Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.


Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Ceyhun Cəfərovu dünən saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

C.Cəfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı