Modern.az

Rəsul Quliyevin prezidentliyə namizədliyi sual altındadır - AÇIQLAMA

Rəsul Quliyevin prezidentliyə namizədliyi sual altındadır - AÇIQLAMA

Ölkə

9 Oktyabr 2012, 13:13

Sülhəddin Əkbər: “Rəsul Quliyevin prezidentliyə namizədliyini lazım gəlsə, müzakirə edəcəyik”

“Rəsul Quliyevin prezidentliyə namizədliyini lazım gələrsə, müzakirə edəcəyik. Amma indi yox”. Bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər Milli Məclisin eks-spikeri Rəsul Quliyevin 2013-cü il prezident seçkilərinə qatılıb-qatılmayağacı ilə bağlı partiyanın mövqeyini Modern.az-a şərh edərkən bildirib. ACP sədri vurğulayıb ki, hazırki şəraitdə Rəsul Quliyevin namizədlik məsələsi partiya səviyyəsində müzakirə olunmayacaq.

“Çox təəssüflər olsun ki, Azərbaycanda seçkiqabağı şərait anti-demokratikdir. Azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı heç bir nikbinlik mövcud deyil. Biz ilk növbədə ədalətli seçkilərin keçirilməsinə nail olmağa çalışmalıyıq. Bu şərait davam edərsə, hər hansı seçkidən söhbət belə gedə bilməz. Bu şərait dəyişmədikcə bizim partiyada namizəd məsələsi müzakirə olunmayacaq. Hələlik heç nə deyə bilmərik, zamanında belə şərait yaranarsa, partiyada müzakirə edib qərar qəbul edəcəyik”, - deyə S.Əbkər bildirib.

Qeyd edək ki, Açıq Cəmiyyət Partiyasının lideri, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyev bir müddət öncə Modern.az-a açıqlamasında prezident seçkilərinə qatılmaq istədiyini bildirmişdi.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!