Modern.az

Yeni “mandat” qalmaqalı: “10 deputat yerinin satılmasına Rəsul Quliyev məsuliyyət daşıyır” - İTTİHAM

Yeni “mandat” qalmaqalı: “10 deputat yerinin satılmasına Rəsul Quliyev məsuliyyət daşıyır” - İTTİHAM

Ölkə

15 Oktyabr 2012, 14:23

Fəzail Ağamalıdan eks-spiker Rəsul Quliyevə sərt ittiham: “İndiyə kimi niyə susurdun?”

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə keçirilimiş parlament seçkilərinin ilk deputatlarından olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisin sabiq sədri Rəsul Quliyevin “o zaman 10 mandat satılıb” ittihamına sərt cavab verib.
F.Ağamalı eks-spikerin müstəqil Azərbaycan Respublikasının ilk parlamentində 10 deputat mandatının pulla satıldığı haqda iddiasını Modern.az-a şərh edərkən Rəsul Quliyevi ölkə imicinə zərbə vurmaqda ittiham edib. Ağamalının sözlərinə görə, 1995-ci il parlament seçkilərində deputat mandatı pulla satılsa belə, buna birbaşa Rəsul Quliyev məsuliyyət daşıyır.

“Rəsul Quliyev belə çıxış edirsə, kim deputat mandatını pulla alıb həmin şəxslərin adları açıqlanmalıdır. Gülər Əhmədovanın ortaya qoyduğu ürəkbulandırıcı hadisədən sonra Milli Məclisin ünvanına bu və buna bənzər hücumlar başlayıb. Əgər 10 deputat yeri pulnan alınsaydı, sual verirəm Rəsul Quliyevə, indiyə kimi niyə susmusan? Belə bir şey olmuşdusa, onu zamanında deyərdin. Rəsul Quliyev özü də parlament sədri idi. Belə cinayət hadisəsi baş veribsə, ən böyük məsuliyyəti o özü daşıyır. Bu hadisələrdən sonra müxtəlif səviyyələrdə Milli Məclisin ünvanına hücumlar olur. Bu kimi təhdidlər Azərbaycanın dünya miqyasında imicinə çox ciddi zərbələr vurur. Hesab edirəm ki, Rəsul Quliyev rüşvət faktına görə məsuliyyət qaşıyır. Niyə indiyə kimi bu haqda açıqlama verməyib? Burada yalnız bir məqam var. Rəsul Quliyevin çıxışı Milli Məclisi hörmətdən salmağa yönələn addımdır”, - deyə F.Ağamalı bildirib.

Hazırda Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev mətbuata verdiyi müsahibəsində bildirib ki, Milli Məclisin 1995-ci il çağırışında 10 deputat mandatı pulla satılıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?