Modern.az

2-ci dozadan 6 ayı keçən COVID sertifikatı qüvvədən düşəcək - RƏSMİ

2-ci dozadan 6 ayı keçən COVID sertifikatı qüvvədən düşəcək - RƏSMİ

Ölkə

28 Dekabr 2021, 17:26

Bütün dünyada vəziyyət gərgin olaraq qalır, pandemiya bitməyib.

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O deyib ki, hətta Yeni ilqabağı bir çox dünya ölkələri qapanmalara gedib:

"Bizdə vəziyyət stabildir. Amma çalışmalıyıq ki, əldə olunan nəticələr itirilməsin. Araşdırmalar zamanı məlum olub ki, 2-ci dozadan sonra qoruyucu immunitet azalır. Ona görə də buster doza vurulmalıdır. 2022-ci il fevralın 15-dən 2-ci dozadan 6 ay keçdikdən sonra COVID sertifikatı qüvvəsini itirəcək. Yaxın vaxtlarda Operativ Qərargah tərəfindən bununla bağlı qərar veriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar