Modern.az

Sosial müavinətlər bu tarixdə veriləcək - RƏSMİ

Sosial müavinətlər bu tarixdə veriləcək - RƏSMİ

Ölkə

27 Noyabr 2023, 13:24

Hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir.  Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur. 

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DSMF sözçüsü Rəşad Mehdili bildirib.

 

O qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri noyabr ayının 15-də yekunlaşdırılıb. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. 

 

"Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq. Növbəti günlərdə isə ünvanlı dövlət sosial yardımının ödənilərək yekunlaşdırılması nəzərdə tutulub", - sözçü vurğulayıb.

 

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkət “vuruldu”