Modern.az

Sahil Babayev pensiyalardan danışdı: Kifayət qədər artıb...

Sahil Babayev pensiyalardan danışdı: Kifayət qədər artıb...

Ölkə

27 Noyabr 2023, 16:58

“Bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, xanımlar üçün 63-dür”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

“Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70%-dən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayər qədər ciddi artım var. Orta pensiya üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir”, - o bildirib.

 

Nazir deyib ki, hər kəs Azərbaycanda ən yüksək əmək haqları və pensiyalar olmasını arzulayır.

 

“Nominal rəqəmin yüksək olması hamımızın arzusudur. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır", - deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi