Modern.az

Müasir ordu quruculuğu prosesi davam etdiriləcək - Əli Əsədov

Müasir ordu quruculuğu prosesi davam etdiriləcək - Əli Əsədov

Ölkə

15 Mart 2024, 11:46

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.


Baş nazir deyib ki, bu, 2022-ci illə müqayisədə 19,6% çoxdur.

 

Əli Əsədov əlavə edib ki, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. O bildirib ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok