Modern.az

Baş nazir quru sərhədlərindən danışdı: Bağlı qalacaq!

Baş nazir quru sərhədlərindən danışdı: Bağlı qalacaq!

Ölkə

15 Mart 2024, 16:42

“ÜDM-nin aşağı olmasını quru sərhədlərin bağlanması ilə əlaqələndirmək olmaz",

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

“Bizim quru sərhədlərin bağlanması ilə qərarı mən 2021-ci ildə imzalamışam. Bu yaxınlarda da üç aylıq bağlı qalması ilə bağlı qərara imza atdıq. Sərhədlərimiz bu müddətdə bağlı qalacaq. 2021-ci ildən biz ÜDM-nin yüksək faizlərini müşahidə etmişik”,- deyə Baş nazir qeyd edib.

 

Xatırladaq ki, parlamentin iclasında deputat Qüdrət Həsənquliyev quru sərhədlərinin bağlı qalmasından narahatlıq ifadə edib.

 

"2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-nin həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünya üzrə bu 3,1 olub. Adambaşına düşən ÜDM-nin həcmi  0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır. Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok