Modern.az

Pensiyaçılara yenidən maddi yardım veriləcək? - Rəsmi CAVAB

Pensiyaçılara yenidən maddi yardım veriləcək? - Rəsmi CAVAB

5 Aprel 2024, 12:04

Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov danışıb.

 

O qeyd edib ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edilib.

 

"2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir