Modern.az

Təlim zamanı vəfat edən hərbçiyə şəhid statusu VERİLƏCƏK?

Təlim zamanı vəfat edən hərbçiyə şəhid statusu VERİLƏCƏK?

Ölkə

6 Aprel 2024, 10:23

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlu təlim zamanı ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb. Hazırda istintaq davam etdirilir.

 

Quba rayonun Əlik kəndindən olan hərbçimiz ötən ilin oktyabr ayında hərbi xidmətə yollanıb.

 

Elcan Bağırova şəhidlik statusu veriləcəkmi?

 

Modern.az məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məsələyə aydınlıq gətirib.

 

“Şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir",- o deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir