Modern.az

Körpələrə İlham adı verənlər çoxalıb - Maraqlı STATİSTİKA

Körpələrə İlham adı verənlər çoxalıb - Maraqlı STATİSTİKA

Ölkə

24 Aprel 2024, 10:43

Xəbər verildiyi kimi, Xankəndi işğaldan azad ediləndən sonra dünən şəhərdəki tibb müəssisəsində ilk azərbaycanlı körpə dünyaya gəlib.

Yeni doğulan körpə oğlandır. Valideynləri ona Ali Baş Komandanın şərəfinə İlham adı veriblər.

Körpənin valideynləri Səadət Namazova və Abbas Abdullayev “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsinin işçiləridir.

Maraqlıdır, son illər doğulan körpələrə İlham adının verilməsinə dair statistika necədir?

Modern.az saytı bunu araşdırmağa çalışıb.

Ədliyyə Nazirliyindən əldə etdiyimiz statistikaya görə, 2020-2023-cü illərdə 542 körpəyə İlham adı verilib.

Rəsmi statistika bu adın son illər populyarlaşdığını göstərir.

Belə ki, əgər 2021-ci ildə yeni doğulan 102 körpəyə İlham adı qoyulubsa, 2022-ci ildə 136, 2023-cü ildə isə 144 körpənin doğum haqqında şəhadətnaməsinə İlham yazılıb.

Bundan başqa, 2020-2023-cü illərdə yeni doğulan 102 qız uşağına İlhamə adı qoyulub.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var