Modern.az

“Azərbaycan istəsə də, İnternetin lisenziyalaşmasına girişə bilməz”

“Azərbaycan istəsə də, İnternetin lisenziyalaşmasına girişə bilməz”

Ölkə

30 İyun 2010, 11:15

Əli Həsənov: “Azərbaycan hökumətinin belə bir planı yoxdur”

Mikloş Haraşti: “Bu qərar qəbul edilsə, Azərbaycan siyasi problemlərlə üzləşəcək”

 

 

Azərbaycan hakimiyyətinin İnternet televiziyalarını lisenziyalaşdırmaq niyyəti yoxdur. Modern.az saytı xəbər verir ki, bu bəyanatla Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Yeni Media erasının dəyərləri” mövzusunda konfransda çıxış edib.

 

Avropa Yayım Birliyinin və Norveç İctimai Yayımçılarının təşkilatçılığı ilə keçirilən konfransda ATƏT-in Media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti də çıxış edib. O, Azərbaycanda İnternet radio və televiziyalarının lisenziyalaşdırılması ilə bağlı Azərbaycan hökumətinin verdiyi bəyanatlardan narahatlığını bildirib. Haraşti deyib ki, dünyanın heç bir yerində belə şey yoxdur: "Azərbaycan hökuməti bilməlidir ki, İnternet qlobaldır. Yeni era mediasına qarşı hökumət dözümlü olmalıdır. İnternetdə etika məsələləri getdikcə inkişaf edir. Amma İnternetin lisenziyaya cəlb olunması söz azadlığının daha da məhdudlaşdırması demək olardı”. Mikloş Haraşti deyib ki, əgər hökumət bu addımı atsa, siyasi problemlərlə üzləşmiş olacaq. Dünyanın bu məsələyə baxışı fərqli olacaq.

 

Bu məsələyə münasibət bildirən Əli Həsənov isə Azərbaycanı hələ etmədiyi bir şeyə görə günahlandırmağın əleyhinə olduğunu deyib: “Azərbaycan qlobal dünyanın qaydalarını bilir. Azərbaycan istəsə belə, İnternetin lisenziyalaşmasına girişə bilməz. Bunu kim deyirsə, böhtan atır. Yalnız bir dəfə mən mediaya həsr olunmuş tədbirlərdən irində İnterneti – öz-özünə gəzən, istədiyi yerə girə bilən pişiyə bənzətmişdim. Mən daha deməmişdim ki, bu pişiyi həbs edək”.

 

Seminarın aparıcısı İsveç Maarifçi Yayımının Baş Direktoru Erik Fixtelius israrla Əli Həsənovdan “Azərbaycan hökumətinin belə bir planı varmı” sualına cavab almağa çalışıb. Nəhayət Ə.Həsənov “Xeyr, belə bir plan yoxdur” deməklə bu sualı konkret cavablandırıb.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək