ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçıların nəzərinə çatdırıb ki, 28 iyul 2010-cu il tarixədək təbii qazdan istifadəyə görə mövcud olan borcların tamamilə ödənilməsi üçün bir müddət öncə xəbərdarlıq etmişdi.
Modern.az-ın məlumatına görə, “Azəriqaz” bəyan edib ki, borclu abunəçilərin mənzillərinə təbii qazın verilişi 28 iyulda saat 12.00-dan etibarən xəbərdarlıq edilmədən dayandırılacaq. Təbii qaz təchizatı dayandırılmış abonentlərin mənzillərinə yenidən mavi yanacağın verilişi ödəniş edildikdən bir həftə sonra bərpa ediləcək. Modern.az