Bu qün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət, deputatlığa namizədlərin təbliğat kampaniyasının keçirilməsi, ALDP-nin dəstək verəcəyi diqər namizədlərin siyahısının təsdiqi və bəzi təşkilatı məsələlər müzakirə olunub.
ALDP sədri Fuad Əliyev bitərəf və diqər partiyaların namizədlərinə dəstək vermək üçün siyahını iclas iştrakçılarına təqdim etdi. Müzakirədən sonra siyahı təsdiq olundu. Fuad Əliyev ALDP rayon təşkilatların sədrlərinə 2010-ci il noyabrın 7-si siyahıda olan namizədlərə səs verməyi tapşırıb.
ALDP-nin noyabrın 7-si səs verəcəyi namizədlərin siyahisı.
“Qarabağ” SB
Sərdar Cəlaloğlu - ADP, 21 saylı Nəsimi birinci SD
İqbal Ağazadə - Ümid, 35 saylı Xətai üçüncü SD
Qulamhüseyn Əlibəyli - Aydınlar Partiyası, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar SD
“İnsan naminə” SB
Əli Əliyev - VİP, 17 saylı Yasamal üçüncü SD
Əvəz Temirxan - ALP, 23 saylı Nəsimi-Səbail SD
“AXCP-Müsavat” SB
Əli Kərimli - AXCP, 31 saylı Suraxanı ikinci SD
İsa Qəmbər - Müsavat, 15 saylı Yasamal birinci SD
KAXCP