Modern.az

Bu il prezident təqaüdü alan tələbələr hansı ali məktəblərdə oxuyanlardı?

Bu il prezident təqaüdü alan tələbələr hansı ali məktəblərdə oxuyanlardı?

Ölkə

1 Oktyabr 2010, 19:18

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası prezidentinin 08.09.2010-cu il tarixli Sərəncamı ilə təqaüd təyin edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına bildirilib ki, bu il prezident təqaüdünə layiq görülən I kurs tələbələrinin 23 nəfəri Dövlət İdarəçilik Akademiyasında, 25 nəfəri Tibb Universitetində, 15 nəfəri Bakı Dövlət Universitetində, 25 nəfəri "Qafqaz" Universitetində, 7 nəfəri Dövlət Neft Akademiyasında, 3 nəfəri İqtisad Universitetində, 1 nəfəri Milli Aviasiya Akademiyasındaa, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialında, 2 nəfəri isə xüsusi təyinatlı tədris müəssisələrində təhsil alırlar.

Onların hər birinə ayda 150 manat məbləğində prezident təqaüdü veriləcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok