2011-ci ilin mart, aprel aylarında İsraildə Azərbaycan Yəhudilərinin ikinci qurultayı keçiriləcək. Bu barədə Modern.az saytına Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov məlumat verib.
O, qeyd edib ki, qurultaya Azərbaycandan da xeyli sayda nümayəndə qatılacaq:
“Bizim dövlət qurumlarının nümayəndələri də dəvətli olacaq. Həmin tədbirə İsrailin baş naziri də qatılacaq. Hesab edirəm ki, biz o qurultayda Xocalı məsələsini qabardıb ciddi dəstək almalıyıq”.
Modern.az